İsrail ordusu İranın iki aviabazasına zərbələr endirdiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri raket və pilotsuz uçuş aparatlarının buraxılışı üçün istifadə olunan iki İran hərbi-hava bazasına zərbələr endirib. Bu barədə ordu mətbuat xidmətinin bəyanatında deyilir.
Məlumata görə, zərbələr İranın qərbindəki Həmədan və şimalındakı Təbriz hava bazalarına, həmçinin ölkənin şimal-qərbindəki “yer – yer” sinifli raketlərin buraxılış meydançasına endirilib.
“Hücum zamanı onlarla İran PUA-sı və “yer – yer” sinifli raket qurğuları məhv edilib”, – məlumatda qeyd olunub. (report)
08:14 14.06.2025
Oxunuş sayı: 1051