“Doktorantlar akademik platformalarda” mövzusunda elmi-praktik seminar keçirilib



Mayın 22-də Azərbaycan Dillər Universitetində Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi və Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə “Doktorantlar akademik platformalarda” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminar universitetin doktorant və professor-müəllim heyəti üçün nəzərdə tutulub.
Seminarı giriş sözü ilə açan Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva müasir yanaşma və geniş informasiya axınının elmi inkişafa yönəldilməsi, istifadəçilərin geniş və mütərəqqi informasiya resurslarına çıxış imkanının təmin edilməsi məqsədi ilə EKİXM-i strateji təhsil və elm mərkəzi kimi, elmmetrik təhlil platformasına, müəllim və tədqiqatçılara metodik dəstək mərkəzinə çevirib. Eyni zamanda ölkənin həm elmi işçi qüvvəsi, həm də akademik işçi qüvvəsi kimi doktorantura məzunlarına ehtiyacı olduğunu vurğulayıb. “Doktorantlar akademik platformalarda” mövzusu üzrə verilən tələblər, akademik platformaların xüsusiyyətləri, məqalələrin indeksləşməsi, loginlər və simvollar kimi mövzu ətrafı seminar davam edib.
Dos.Pərviz Kazımi təqdimatında qeyd edib ki, bu gün fəaliyyət göstərən elmi qurumların və universitetlərin reytinq sıralamaları hazırlanarkən minlərlə alim və mütəxəssisin profilləri, eləcə də elmi nəşrlər təhlil edilir. Bu analizlər “Web of Science”, “Scopus” və “Google Scholar” kimi beynəlxalq elmi platformaların məlumatları əsasında aparılır.
Platformaların düzgün istifadəsi: doktorantların akademik platformaların tam funksionallığını və və istifadə imkanlarından tam yararlanma üsulları haqqında dos.Pərviz Kazımi çıxışında əhatəli məlumat verib. Nümunə olaraq yüksək elmi reytinq toplamış Sosial və Humanitar sahədə yüksək istinad toplamış və ən yüksək H-indeksə malik akademiklərdən biri olan Kamal Abdullanın 2025-ci ilin 22 mart tarixində 500 elmi istinadla 18 H-indeksə sahib olduğunu qeyd edib. Bildirilib ki, onun “Abdulla, K. (1991). Gizli Dədə Qorqud kitabı” adlı əsəri 68 elmi istinadla xüsusi diqqət çəkir.
Təlim sonunda Elm və İnnovasiya məsələləri üzrə prorektor Həmidə Əliyeva doktorantlar üçün bu kimi təlimlərin təşkili – akademik platformalardan səmərəli istifadə yolları barədə seminar və təlimlərin faydasını vurğuladı.
Doktorantura şöbəsinin müdiri Nərgiz Qarayeva universitet və institutların rəsmi profillərlə inteqrasiyası – doktorantların fəaliyyəti təşkilat tərəfindən də tanıdılma məsələsinin ön planda olmasını qeyd etdi.
Elm şöbəsinin müdiri Sevda İmanova da bu kimi təlimlərin, elmi işlərin təsiri və istifadəsi haqqında məlumatın əhəmiyyətlı olduğunu vurğuladı.
Təlimin sonunda iştirakçıların sualları cavablandırıldı.
Akademik platformalar doktorantlar üçün yalnız bir təqdimat vasitəsi deyil, həm də elmi cəmiyyətə inteqrasiya alətidir. Onların bu platformalarda fəal iştirakı həm fərdi, həm də institusional elmi potensialın gücləndirilməsinə mühüm töhfə verir
18:20 22.05.2025
Oxunuş sayı: 566