Tural Abbaslı: Bəzən deyirlər ki, Ağ Partiya" özünü Türkiyənin hakim partiyasına bənzədir

“Bəzən bizə deyirlər ki, “Ağ Partiya" özünü Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyasını- AK Partiyaya bənzədir”.
Bunu Crossmedia.az-a geniş müsahibəsində Ağ partiya sədri Tural Abbaslı deyib.
“Birincisi, belə deyil. İkincisi də, yaxşı edirik. Ərəblərin belə, bir ideologiyası var. Bəs bizim, Türk-İslam dünyasının siyasi ideologiyası nədir? Yoxdur. Niyə bizim bir siyasi ideologiyamız olmasın? Biz Prezident Rəcəb Tayyib Ərdoğan və AK Partinin hakimiyyətdə qalmasını ona görə istəyirik ki, həm nümunədir, həm də bizi bir araya gətirə biləcək gücdür. Türkiyə ilə ən yaxşı münasibətlərimiz məhz Ərdoğanın dövründə qurulub. O, ümumi ideyaya xidmət edir. Təbii ki, Azərbaycanın bu xətti də davam etməlidir. Əlbəttə, Azərbaycanda heç də hamı bu ideyanı dəstəkləmir”, - o bildirib.
Fatimə Nəzərli
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/index.php/az/article/50672
23:31 20.10.2025
Oxunuş sayı: 704