BDU ilə Abay adına Qazax Milli Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Crossmedia.az BDU-ya istinadən xəbər verir ki, memorandum çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1928-ci ildə qoyulmuş Qazax Milli Pedaqoji Universiteti Qazaxıstanda ilk ali təhsil müəssisəsidir. Universitetdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Universitet “QS World University Ranking”də 671-680-ci pillədə yer alır.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və Abay adına Qazax Milli Pedaqoji Universitetinin rektoru Tilep Bolat imzalayıb.
13:03 20.05.2025
Oxunuş sayı: 565