İran XİN: “Tehran və Moskva strateji əməkdaşlığı inkişaf etdirir”

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərlə keçirdiyi brifinqdə Tehran-Moskva münasibətlərindən söz açaraq deyib:
“İran və Rusiya arasında strateji tərəfdaşlıq çox mühüm məsələdir. Saziş imzalanandan bəri Xarici İşlər Nazirliyi bəyan edib ki, biz bu əməkdaşlığı xarici siyasət idarəmizin əsas prioritetlərindən biri kimi müəyyən etmişik”.
Crossmedia.az bildirir ki , bu barədə “Tasnim News" məlumat yayıb.
Onun sözlərinə görə, qeyd olunan saziş İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyası tərəfindən nəzərdən keçirilərək təsdiqlənib və tezliklə yekun təsdiq və ratifikasiya üçün ictimaiyyətə təqdim olunacaq.
14:19 19.05.2025
Oxunuş sayı: 675