Pavel Durov: “Biz İranda etirazçıların qarşısını almadıq”

“Telegram”ın yaradıcısı Pavel Durov dünən “X” hesabında paylaşım edərək bildirib ki, bu yaz Fransa kəşfiyyatının rəhbəri Nikolas Lerner ondan Rumıniyada qarşıdan gələn seçkilərə qədər mühafizəkar səslərin fəaliyyətini məhdudlaşdırmağı istəyib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Pavel Durovun sözlərinə görə, o, belə bir xahişi yerinə yetirməkdən imtina edib.
“Biz Rusiyada, Belarusda və ya İranda etirazçıların qarşısını almadıq. Avropada bunu etməyəcəyik", - deyə, “Telegram”ın yaradıcısı vurğulayıb.
13:10 19.05.2025
Oxunuş sayı: 550