Kaya Kallas: “Heç kim Estoniya kimi əzab çəkməməlidir”

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Rusiya ilə bağlı siyasətində aydın və sərt mövqe tutur.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edək ki, onun sözlərinə görə, bu yanaşma Estoniyanın 1940-cı ildə Sovet İttifaqı tərəfindən “işğal” edilməsinin yaratdığı acı tarixə əsaslanır.
“Əvvəlcə nənəm və babam azad şəraitdə yaşayırdılar. Lakin bu azadlıq onlardan alındı – 1940-cı ildə Sovet İttifaqı Estoniyanı işğal etdi. Mən həmin işğal dövründə doğulan bir nəslin nümayəndəsiyəm,” – deyə Kallas qeyd edib.
O əlavə edib ki, Sovet İttifaqının süqutundan sonra vəziyyət dəyişsə də, o dövrlə bağlı xatirələr onunla həmişə qalacaq: “Mən siyasətçi olaraq Rusiya ilə bağlı sərt və aydın mövqe sərgiləyirəm ki, nənəm və babamın nəslinin yaşadıqlarını bir daha heç kim yaşamamalı olsun".
Xumar Emilqızı
12:25 19.05.2025
Oxunuş sayı: 789