İsrail xüsusi təyinatlıları Xan Yunisdə əməliyyat keçirib – HƏMAS liderlərindən biri hədəfdə olub

Bu səhər İsrail Müdafiə Ordusunun (IDF) xüsusi təyinatlı qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində girovların azad edilməsi və HƏMAS təşkilatının yüksək rütbəli üzvünün ələ keçirilməsi məqsədilə əməliyyat həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” informasiya agentliyi yazıb.
Əməliyyatın nəticələri barədə hələlik rəsmi məlumat yoxdur.
Qeyd edək ki, məlumata əsasən, İsrail xüsusi təyinatlıları şəhərə mülki avtomobillə daxil olub və qadın paltarı geyiniblər.
Hadisə şahidlərinin sözlərinə görə, onlar evlərdən birinə basqın edərək “Əl-Nasir” briqadasının komandiri Əhməd Sarxanı öldürüblər, onun həyat yoldaşını və uşaqlarını isə özü ilə aparıblar.
Xumar Emilqızı
11:45 19.05.2025
Oxunuş sayı: 1126