Liviya baş naziri Tripolidəki son qarşıdurmalardan danışdı

Liviya Baş naziri Əbdülhəmid Dbeybə Tripolidə baş verən son silahlı qarşıdurmalarla bağlı çıxış edərək, ölkədə vəziyyətin hələ də silahlı qruplaşmaların nəzarətində olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edək ki, 17 fevral inqilabından bəri silahlı dəstələr nəzarətsiz şəkildə fəaliyyət göstərir və ölkədəki vəziyyətə tam nəzarət edirlər. O bildirib ki, öz hökumətinin hakimiyyətə gəlməsindən sonra bu qruplar üç kateqoriyaya bölünüb: bir hissəsi əvvəlki fəaliyyətinə qayıdıb, digərləri dövlət institutlarında işə cəlb olunub, qalanlar isə reketlə məşğul olan silahlı dəstə olaraq qalıb.
Baş nazir qeyd edib ki, hökumət sonuncu kateqoriyaya daxil olanları cəmiyyətə sülh yolu ilə inteqrasiya etməyə çalışsa da, onlar buna razı olmayıb. O, buna nümunə olaraq Ganeva (ə-Kikli) tərəfindən rəhbərlik olunan “Sabitliyə Dəstək Qüvvəsi”ni göstərib. Bu qruplaşmanın Tripolinin sıx məskunlaşdığı Əbu Salim bölgəsini ələ keçirdiyini bildirib.
Dbeybə Ganevanın qohumunu bir gecədə 15 nəfəri öldürməkdə günahlandırıb və iddia edib ki, bu qruplaşmanın silahlıları “insanları mişarla doğrayır”. Onun sözlərinə görə, onlar “bir metrə bir metr” ölçüsündə gizli həbs kameraları yaradır və insanları qanunsuz şəkildə saxlayırlar.
Bildirək ki, Baş nazir əlavə edib ki, Ganevanın “Kabus” ləqəbli qardaşı altı banka nəzarət edir və itaətsizlik göstərənləri həbs və zorakılıqla təhdid edir. Həmçinin, o, məhkəmə polisinin rəhbəri Əncayimi 14 yaşlı qıza qarşı təcavüzdə ittiham edib və onun həbsxana sisteminə rəhbərlik etmə hüququnu şübhə altına alıb.
Əbdülhəmid Dbeybə silahlı dəstələrin üzvlərini dövlətin tərəfinə keçməyə çağırıb və hüquqlarının qorunacağına söz verib. O, yalnız dövlətlə əməkdaşlıq edənlərə dəstək verməyə hazır olduğunu, reket və korrupsiyada iştirak edən qruplardan isə uzaq dayanacağını vurğulayıb.
Xumar Emilqızı
11:15 19.05.2025
Oxunuş sayı: 832