Nikoşur Dan Rumıniyanın yeni prezidenti seçildi

Rumıniyada keçirilən prezident seçkilərində səslərin 90%-i sayıldıqdan sonra Avropayönümlü namizəd Nikoşur Dan 53,76% səs toplayaraq qalib gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Nikoşur Danın seçkidən sonrakı çıxışından: “Biz Avropanın birliyi və güclü olması üçün buradayıq. Rumıniyada islahatların yeni dövrünü başlayacağıq. Təhlükəsizlik bizim üçün əsas prioritetdir. Ukrayna bizim və bütövlükdə Avropanın təhlükəsizliyində həlledici rol oynayır. Biz Ukraynaya daha fəal dəstək verməliyik və Avropanın birliyini gücləndirən addımlar atmalıyıq. Tarixi qələbəyə görə təşəkkür edirəm, Rumıniya!”
Xumar Emilqızı
11:04 19.05.2025
Oxunuş sayı: 895