Polşa prezident seçkilərində ilk exit-poll nəticələri açıqlandı

Polşada keçirilən prezident seçkilərində ilkin exit-poll nəticələrinə görə, yarış ikinci tura doğru gedir: Varşava meri, Avropa İttifaqı tərəfdarı və hakim Vətəndaş Platformasının namizədi Rafal Traxovski 28% səslə birinci yerdədir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edək ki, Polşa Tarix İnstitutunun rəhbəri, avroskeptik, dindar və mühafizəkar mövqeyi ilə tanınan, müxalif Hüquq və Ədalət Partiyasının (PiS) namizədi Karol Navroçki isə 24% səslə ikinci yerdə qərarlaşıb.
Bildirək ki, mühafizəkar və Avropa İttifaqına qarşı mövqeyi ilə tanınan Slawomir Mentzen isə 15% səslə üçüncü olub. Onun tərəfdarlarının ikinci turda Navroçkini dəstəkləməsi ehtimal olunur.
Məlumat görə, Traxovski gözlənildiyi qədər səs toplayıb, lakin müxalifət gözləntiləri aşaraq iqtidarla bərabər nəticə göstərib. İkinci turun 1 iyun tarixində keçirilməsi planlaşdırılır.
Xumar Emilqızıa
10:49 19.05.2025
Oxunuş sayı: 824