Rusiya Estoniyadan çıxan tankeri saxlayıb

Mayın 18-də Rusiya Liberiya bayrağı altında üzən və Yunanıstana məxsus “Green Admire” adlı neft tankerini saxlayıb.
Crossmedia.az xəbər verir ki, Estoniya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bildirib ki, tanker Silamae limanından çıxaraq Rusiyanın ərazi sularından keçərkən saxlanılıb. Nazirliyin məlumatına görə, gəminin marşrutu əvvəlcədən razılaşdırılıb.
Qeyd edək ki, Estoniya daha əvvəl Rusiyanın “kölgə donanması”na daxil olan, bayraqsız bir tankeri dayandırmağa çalışmışdı.
22:00 18.05.2025
Oxunuş sayı: 482