İran və Ermənistan təhlükəsizlik şuralarının katibləri Tehranda görüşüb

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan Tehranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın IRNA xəbər agentliyi məlumat yayıb.
Görüş zamanı Əhmədiyan iki ölkə arasında strateji əlaqələrin və hərtərəfli əməkdaşlığın regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, bildirib: “İran və Ermənistanın ümumi maraqları iki ölkənin əlaqələrinin məhdudiyyətsiz inkişafını tələb edir”.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə İranın ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edərək vurğulayıb: “Bizim əlaqələrimizin inkişafı üçüncü tərəflərin iradəsindən asılı deyil və hər iki ölkə münasibətləri daha da möhkəmləndirməkdə qərarlıdır”.
Mədinə Cəlilova
20:27 18.05.2025
Oxunuş sayı: 506