Rubio: "ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək"

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqtonun İranla bağlı siyasətinin əsas məqsədi bu ölkənin nüvə silahı əldə etməsinin və xüsusilə İsrailə qarşı təhlükə yaratmasının qarşısını almaqdır.
Crossmedia.az xəbər verir ki, dövlət katibi bu barədə dünən verdiyi açıqlamada danışıb.
Rubionun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp müharibə variantını istisna edərək, İran məsələsini diplomatik yolla həll etməyə üstünlük verib. O əlavə edib ki, Tramp İran xalqının daha yaxşı gələcəyə layiq olduğunu düşünür.
“ABŞ İranın nə nüvə silahı, nə də bölgədə sabitliyi təhdid edən hərbi imkanlar əldə etməsinə icazə verməyəcək”, – deyə Rubio bildirib.
15:50 18.05.2025
Oxunuş sayı: 965