ISW: "Kreml atəşkəs deyil, Ukraynanın tükənməsini hədəfləyir"

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) Rusiyanın Ukrayna ilə münaqişədə kompromisə getmək niyyətində olmadığını və uzunmüddətli müharibəyə hazırlaşdığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, analitiklərin fikrincə, İstanbuldakı danışıqların xarakteri və Rusiya nümayəndə heyətinin irəli sürdüyü tələblər Moskvanın əsas məqsədinin Ukraynanın tam təslim olmasına yönəldiyini göstərir.
ISW qeyd edir ki, Kreml bu tələbləri münaqişənin həlli üçün deyil, yalnız atəşkəs şərtləri kimi irəli sürür.
“Prezident Vladimir Putin kompromisə yalnız Ukrayna və Qərb onun qələbə strategiyasını dəyişməyə məcbur etdiyi təqdirdə razı ola bilər. Hazırda isə Rusiya mərhələli və sürünən hücumlarla Ukraynanı tükətməyi və onun sürətli əks-hücum imkanlarını məhdudlaşdırmağı hədəfləyir”, – ISW hesabatında bildirilib.
Mərkəz hesab edir ki, bu strategiya Moskvanın kompromisdən uzaq duraraq, uzunmüddətli müharibə ilə nəticəyə nail olmağa çalışdığını açıq şəkildə ortaya qoyur.
15:25 18.05.2025
Oxunuş sayı: 750