İldırım 15 nəfərin həyatına son qoydu

Hindistanın şərqində yerləşən Odişa ştatında ildırım çaxması nəticəsində azı 15 nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, ölkənin bir neçə rayonunda baş verən güclü yağış və ildırım hadisələri insan tələfatına səbəb olub. təbii fəlakət əsasən kənd ərazilərində qeydə alınıb və xüsusilə yerli əhalinin həyatına ciddi təsir göstərib.
Hindistan Meteorologiya Departamentinin (IMD) açıqlamasına görə, bölgədə qeyri-sabit hava şəraiti yaxın günlərdə də davam edəcək. Qurum güclü yağış, tufan və şimşək ehtimalının yüksək olduğunu bildirib.
Rəsmilər vətəndaşlara təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi, açıq sahələrdən uzaq durmağı və zəruri hallarda sığınacaqlarda qalmağı tövsiyə ediblər.
Hazırda Odişa ştatında fövqəladə xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Yardım və təxliyə işləri davam etdirilir.
Aybəniz Səfərova
14:50 18.05.2025
Oxunuş sayı: 755