DƏHŞƏT: Türkiyədə bir gündə dörd ZƏLZƏLƏ

18 may 2025-ci il tarixində Türkiyənin bir neçə bölgəsində zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası və Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Günün ən güclü zəlzələsi saat 09:56-da Çanaqqalanın Ayvacık bölgəsində baş verib.
Zəlzələnin maqnitudası 4,4 bal, dərinliyi isə 7 km olub.
Bundan öncə, saat 07:28-də Egey dənizi bölgəsində 3,8 bal gücündə, 06:44-də Kütahyanın Simav bölgəsində 2,4 bal gücündə, saat 04:53-də isə Muğlanın Milas bölgəsində 3,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Məlumata görə, bütün zəlzələlərdə zərərçəkən və dağıntı qeydə alınmayıb.
Rəsmi qurumlar vəziyyəti nəzarətdə saxlayır və yeni məlumatlar olduqca ictimaiyyətə açıqlama veriləcəyi bildirilib.
Aybəniz Səfərova
11:32 18.05.2025
Oxunuş sayı: 1038