Paşinyanın Moskvadakı Paradda iştirakı Ermənistanda narazılıq yaradıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada keçirilən Qələbə Paradında iştirakı ölkə daxilində ciddi narazılıqla qarşılanıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, erməni politoloq Arkadi Vardanyan Paşinyanın Qırmızı Meydandakı iştirakına sərt reaksiya verib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin paradda xüsusi təyinatlılarla təmsil olunması Ermənistan rəhbərinə növbəti “siyasi sillə” olub. Politoloq, Paşinyanın görünüşünə də diqqət çəkərək, onun geyimini istehza ilə “keçə papaqlı kolxoz gözətçisi”nə bənzədib və bu cür obrazın dövlət başçısına yaraşmadığını vurğulayıb.
Arkadi Vardanyan həmçinin Paşinyanla Belarus Prezidenti Aleksandr Lukaşenko arasında əvvəllər yaşanmış gərginliyi xatırladaraq, onların parad zamanı yanaşı əyləşməsini “gülünc və alçaldıcı” adlandırıb. Onun sözlərinə görə, bir müddət öncə ictimai müstəvidə mübahisə edən liderlərin bu şəkildə eyni sırada oturması Ermənistan cəmiyyətində qıcıq doğurub.
Qeyd edək ki, Nikol Paşinyanın Moskva səfəri və oradakı davranışları ölkə daxilində siyasi dairələrdə və ictimaiyyətdə ciddi tənqidlərə səbəb olub.
Fatimə Nəbiyeva
11:06 18.05.2025
Oxunuş sayı: 824