ABŞ dövlət katibi: "Rusiya-Ukrayna müharibisi bitməlidir"

ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, danışıq zamanı Rubio Ukrayna müharibəsinin dayandırılması çağırışı ilə çıxış edib.
“Bu müharibəni bitirməyin vaxtıdır. Mən prezident Trampın mesajını təkrarladım: ölüm və dağıntı dayandırılmalıdır”, – deyə Rubio bildirib.
Rubio həmçinin qeyd edib ki, ABŞ tərəfindən güclü sülh planı təqdim olunub və İstanbulda əldə edilən məhbus mübadiləsi razılaşması alqışlanır:
“Biz bu böyük fürsəti əldən verməməliyik”, – o vurğulayıb.
Rubionun açıqlaması Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla həllinə dəstəyini bir daha nümayiş etdirib.
03:50 18.05.2025
Oxunuş sayı: 670