Ərdoğan Tokayevi ad günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sosial şəbəkələrdə məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli əlaqələr, həmçinin regional və qlobal hadisələr müzakirə olunub.
Ərdoğan bildirib ki, Türkiyə və Qazaxıstan arasındakı əməkdaşlıq həm ikitərəfli səviyyədə, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxtərəfli platformalarda inkişaf etməyə davam edəcək.
O, həmçinin Qazaxıstan Prezidentini doğum günü münasibətilə təbrik edib.
Fatimə Məmmədova
21:13 17.05.2025
Oxunuş sayı: 697