Xameneyi Trampı yalan danışmaqda ittiham etdi

Bu gün İranın ali rəhbəri Əli Xameneyi ölkədəki bir qrup müəllimlə görüşündə ABŞ prezidenti Donald Trampın ötən günlərdə ərəb ölkələrinə səfərinə toxunaraq deyib ki, “onun açıqlamaları qətiyyən cavab verilməyə layiq deyil”.
Bu barədə Crossmedia.az “Snn.ir” saytına istinadən xəbər verir.
“Nitqin səviyyəsi o qədər aşağıdır ki, danışan üçün biabırçılıq, Amerika xalqı üçün isə utancvericidir. Tramp gücdən sülh üçün istifadə etmək istədiyini söyləyib, ancaq yalan danışıb…Sülh yaratmaq üçün gücdən nə vaxt istifadə ediblər?”, - deyə, Xameneyi bildirib.
Xameneyinin iddiasına görə, “gücdən sülh və təhlükəsizlik üçün istifadə oluna bilər".
21:35 17.05.2025
Oxunuş sayı: 782