Özbəkistan uşaqlara dini təhsillə bağlı qaydaları sərtləşdirir

Yeni qaydalara əsasən, yalnız 18 yaşını tamamlamış şəxslər dövlət qeydiyyatından keçmiş müəssisələrdə və dövlət tərəfindən təsdiqlənmiş proqramlar çərçivəsində dini təhsil ala biləcəklər.
Bu barədə Crossmedia.az Özbəkistan KİV-ə istinadən məlumat verir.
Valideynlər uşaqlarını bu tələblərə uyğun olmayan yerlərə göndərdikləri halda əvvəlcə pul cəriməsi ilə üzləşəcəklər.
Qaydalara davamlı şəkildə əməl olunmadıqda isə valideynlər azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.
23:10 17.05.2025
Oxunuş sayı: 770