Suriya Tartus limanını BƏƏ-yə təhvil verdi – Rusiya ilə müqavilə ləğv olunub

Suriya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Tartus limanının modernləşdirilməsi ilə bağlı 800 milyon dollarlıq investisiya sazişi imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunur ki, sözügedən liman əvvəllər Rusiya Hərbi Dəniz Qüvvələrinin bazası kimi fəaliyyət göstərib. Lakin 2025-ci ilin yanvarında Dəməşq Rusiya ilə imzalanmış əvvəlki investisiya müqaviləsini ləğv edib. Həmin razılaşmaya əsasən, Moskvanın limanın yenidən qurulmasına 500 milyon dollardan çox sərmayə yatırması nəzərdə tutulurdu. Lakin tərəf heç bir investisiya etməyib və nəticədə liman 2019-cu ildən faktiki olaraq fəaliyyət göstərməyib.
Yeni müqavilə çərçivəsində BƏƏ Tartus limanını yenidən qurmaq və istismara qaytarmaq üçün maliyyə dəstəyi göstərəcək.
Xumar Emilqızı
20:55 17.05.2025
Oxunuş sayı: 714