Astanada Mərkəzi Asiya ölkələri və Çin arasında nəqliyyat nazirlərinin ikinci görüşü keçirilib

Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya ölkələrinin – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Çin Xalq Respublikasının nəqliyyat nazirlərinin iştirakı ilə ikinci görüş keçirilib.
Crossmedia.az xəbər verir kiGörüş zamanı tərəflər nəqliyyat-logistika sahəsində aktual məsələləri müzakirə edib, regionda və dünyada nəqliyyat sektorundakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Çin ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Bu kontekstdə rəqəmsal sənəd dövriyyəsinin tətbiqi və yüklərin onlayn izlənməsi mexanizmlərinin yaradılması müzakirə olunub.
Tərəflər, həmçinin sərhəd keçid prosedurlarının sadələşdirilməsi, kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyətin aparılması ilə bağlı razılıq əldə ediblər.
Görüşün yekununda yükdaşımaların rəqəmsallaşdırılması və müvafiq qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə dair iki memorandum imzalanıb.
Nigar Yahyazadə
17:30 17.05.2025
Oxunuş sayı: 758