Tramp: “İranın nüvə problemini 100% həll edəcəyik”

"İranın nüvə problemi 100 faiz həll ediləcək, ancaq o, zorakılıq olmayan həll yoluna üstünlük verir".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp dünən “Fox News” telekanalına müsahibəsində deyib.
“İranla həll ya zorakılıqla, ya da qeyri-zorakılıq yolu ilə olacaq, ancaq onlar nüvə silahı əldə etməyəcəklər”, - deyə, Tramp bildirib.
ABŞ prezidenti qeyd edib ki, “İran tez addım atmalı olduğunu bilir, əks halda, bunun pis nəticələri olacaq”.
14:45 17.05.2025
Oxunuş sayı: 785