Əsirlər azad olunur, müharibə davam edir

Təxminən iki saat davam edən görüşdə əsas razılaşma 1,000 hərbi əsirin qarşılıqlı mübadiləsi oldu.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna tərəfi danışıqlarda 30 günlük şərtsiz atəşkəs təklifi irəli sürdü. Prezident Volodimir Zelenski bu təklifi “tam və dərhal atəşkəs” adlandırdı və bunun həm cəbhə xəttində, həm də hava və dənizdə tətbiq olunacağını vurğuladı.
Rusiya tərəfi Ukraynanın atəşkəs təklifini rədd etdi və Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrindən çıxarılmasını tələb etdi. Bu tələblər Ukrayna tərəfindən qəbuledilməz sayıldı.
İstanbul görüşü əsasən əsir mübadiləsi ilə nəticələnsə də, atəşkəs və münaqişənin həlli istiqamətində ciddi irəliləyiş əldə olunmadı. Buna baxmayaraq, tərəflər gələcəkdə danışıqları davam etdirmək niyyətində olduqlarını bildiriblər.
Türkiyə, ABŞ və Vatikan gələcək danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını bəyan ediblər. Ukrayna tərəfi isə liderlər səviyyəsində birbaşa görüşlərin vacibliyini vurğulayır.
13:30 17.05.2025
Oxunuş sayı: 631