Rusiya və Ukrayna arasında sülh işartısı: Üç ildən sonra ilk birbaşa görüş nikbinlik yaratdı

Üç illik fasilədən sonra Rusiya və Ukrayna nümayəndələri arasında baş tutan birbaşa danışıqlar gözləniləndən daha ümidverici nəticələnib.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, danışıqlarda hələlik konkret razılaşma əldə olunmasa da, beynəlxalq analitiklər bu görüşü müsbət addım və irəliləyiş kimi qiymətləndirirlər. ABŞ-ın nüfuzlu RAND analitik mərkəzinin baş politoloqu Samuel Şarap qeyd edib ki, “ən böyük məhbus mübadiləsi və atəşkəslə bağlı danışıqları davam etdirmək razılaşması – mən hesab edirəm ki, bu, üç il ərzində baş tutan ilk birbaşa danışıqlar üçün gözləniləndən daha yaxşı nəticədir”.
Şarap həmçinin danışıqların vasitəçilərsiz aparılmasının tərəflər arasında birbaşa dialoqun mümkünlüyünü göstərdiyini vurğulayıb. Təxminən iki saat davam edən görüşlə bağlı fikirlərini “X” sosial platformasında bölüşüb.
Qeyd edək ki, Ukrayna nümayəndə heyətinin üzvü bu gün günortadan sonra keçirdiyi mətbuat konfransında sülh danışıqlarını “ilkin uğur” kimi dəyərləndirib.
22:26 16.05.2025
Oxunuş sayı: 582