Avropa liderləri Donald Trampla telefon danışığı apardı

Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mers, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Telefon danışığı Albaniyanın paytaxtı Tiranada keçirilən VI Avropa Siyasi Birliyi Sammiti çərçivəsində baş tutub. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Sergey Leşenko məlumat verib.
“Prezident Zelenski, Prezident Makron, Kansler Mers, Baş nazirlər Starmer və Tusk Donald Tramp ilə telefon danışığı apardılar. Təfərrüatlar tezliklə açıqlanacaq”, – deyə Leşenko Telegram kanalında bildirib.
Nigar Rəhimova
21:38 16.05.2025
Oxunuş sayı: 571