Lavrovdan Zelenskiyə sərt ittiham: “O, yazıq insandır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda keçirilməsi planlaşdırılan atəşkəs danışıqları ərəfəsində Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı sərt ittihamlarla çıxış edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinin danışıqlarda şəxsən iştirak etməsi ilə bağlı tələblərinə cavab olaraq, onu “yazıq insan” adlandırıb.
Lavrov, həmçinin 2022-ci ildə İstanbulda baş tutmuş, lakin nəticəsiz qalan sülh danışıqlarına da toxunaraq, bunun məsuliyyətini Qərb dövlətlərinin üzərinə yıxıb.
“İngilislər Zelenskiyə dünya siyasətinin cəngəlliyində bələdçilik edir. Berlinin, Parisin, Brüsselin və xüsusilə Londonun Ukraynada sülh istəməsinə dair heç bir əlamət yoxdur. Əksinə, istəmədiklərinə dair kifayət qədər sübut var”, – deyə rusiyalı diplomat vurğulayıb.
Lavrov çıxışında Yaxın Şərqdə baş verən hadisələrə də diqqət çəkərək, Qəzza zolağındakı vəziyyətin gündəmdən çıxarılmaması gərəkdiyini bildirib. “Ukrayna məsələsi hər kəsin dilindədir, lakin biz Qəzza faciəsini, Fələstin ərazilərində və ümumilikdə Yaxın Şərqdəki digər problemləri unutmayacağıq”, – o qeyd edib.
Aybəniz Səfərova
21:25 16.05.2025
Oxunuş sayı: 1465