Britaniyanın Baş naziri: “Putin sülhə ciddi yanaşmır”

“Ukrayna sülh istəyir, lakin Rusiya Prezidenti Vladimir Putin bu məsələyə ciddi yanaşmır”.
Crossmedia.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə Toplantısında çıxışı zamanı deyib.
O, dünyanın hazırda qeyri-sabitlik dövrünə qədəm qoyduğunu bildirib və köhnə mübahisələrə qayıtmaq əvəzinə, diqqəti gələcəyə yönəltməyin vacibliyini vurğulayıb.
“Avropalı müttəfiqlərimizlə əlaqələri əhəmiyyətli dərəcədə gücləndirmişik. Bu əməkdaşlıq təhlükəsizliyi təmin etmək istiqamətində öhdəliyimizin bariz nümunəsidir. Putin heç bir şərt irəli sürmədən sülh danışıqları üçün masaya əyləşməlidir. Biz bu istiqamətdə mövqeyimizi ortaya qoymuşuq və onu davam etdirməyə hazırıq”, – deyə Starmer əlavə edib.
21:10 16.05.2025
Oxunuş sayı: 729