Tramp: “İran heç vaxt nüvə silahı əldə etməyəcək”

"İranın Vaşinqtonla ticarət etmək istəməsi inandırıcı görünməsə də, bu, reallıqdır".
Crossmedia.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Mən ticarəti danışıqlar aparmaq və sülhə nail olmaq üçün bir vasitə kimi görürəm. Ancaq İrana bildirmişəm ki, əgər razılaşma əldə olunsa, bu, onların xeyrinə olacaq və çox xoşbəxt olacaqlar”, - Tramp deyib.
ABŞ prezidenti onu da vurğulayıb ki, ötən gün televiziyada onun adından danışan bir nəfərin fikirlərindən narazı qalıb: “O dedi ki, hələ çox vaxtımız var. Amma bu, reallığı əks etdirmir”.
Tramp açıqlamasında İranın heç vaxt nüvə silahı əldə etməyəcəyini də bəyan edib: “Əgər Tehran nüvə silahına malik olsa, bu, artıq tamam fərqli bir vəziyyətə çevriləcək”.
19:34 16.05.2025
Oxunuş sayı: 737