Ukraynalı rəsmi: "Rusiya İstanbul danışıqlarını manipulyasiya etməyə çalışır"

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rusiya tərəfinin bu gün İstanbulda keçirilən danışıqları 2022-ci ildəki müzakirələrlə əlaqələndirmək cəhdlərinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Yermak şəxsi Telegram kanalında açıqlama verib.
“Ruslar 2022-ci illə bağlı assosiasiyalar qurmaq istəyirlər. Lakin bu danışıqları həmin illə bağlayan yeganə şey İstanbul şəhəridir. Bundan başqa heç nə yoxdur. Rusların bu günü 2022-ci ilə bağlamaq cəhdləri nəticə verməyəcək,” – deyə Yermak bildirib.
Qeyd edək ki, Ukrayna və Rusiya nümayəndə heyətləri bu gün Türkiyənin vasitəçiliyi ilə İstanbulda danışıqlara başlayıblar. Danışıqların detalları hələlik ictimaiyyətə açıqlanmayıb.
Nigar Rəhimova
19:20 16.05.2025
Oxunuş sayı: 868