Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub



Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev Erzincan şəhərinə səfəri çərçivəsində Binali Yıldırım Universitetində olub, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edib.
Crossmedia.az xəbər verir ki, o, universitetinin rektoru, professor Akın Levent ilə görüşüb.
Görüşdə akademik sahədə birgə layihələrin həyata keçirilməsi, həmçinin tələbə və müəllim mübadiləsi proqramları müzakirə olunub.
Rektor Azərbaycanın ali məktəbləri ilə əlaqələri daha da genişləndirməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Binali Yıldırım Universitetində mayın 13-dən 16-dək VI Türk Dünyası Aşıqlar Festivalı keçirilir.
17:55 16.05.2025
Oxunuş sayı: 637