Washington Post: “Trampın İrana münasibətini dəyişməsi onun ən mühüm qərarı ola bilər”

Hindistan əsilli amerikalı jurnalist Fared Zəkəriyyə “The Washington Post” qəzetində yazıb ki, İranla əvvəlki nüvə sazişini məhv edən ABŞ prezidenti Donald Tramp indi daha da güclü razılaşma əldə etmək üçün əlində bütün vasitələrə malikdir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Qəfil qərarları və qaydaları pozmağa hazır olması ilə tanınan Donald Tramp gözlənilməz davranışı ilə dünyanı növbəti dəfə təəccübləndirib... ABŞ-nin İranla yeni nüvə razılaşmasına hazır olduğunu bildirən Tramp Yaxın Şərqdə sülhün bərqərar olması üçün böyük addım ata bilər”, - deyə, jurnalist vurğulayıb.
Onun sözlərinə görə, İran bu gün son 40 ildə özünün ən zəif vəziyyətindədir. Hakimiyyətin yanlış idarəçiliyi, korrupsiya faktları və iqtisadi böhran ictimai narazılığa səbəb olub.
16:10 16.05.2025
Oxunuş sayı: 583