İran XİN ABŞ-dən yazılı nüvə təklifi aldığını təkzib etdi

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı mayın 11-də Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun ona nüvə razılaşması ilə bağlı yazılı təklif vermədiyini deyib.
Crossmedia.az xarici mediaya istinadən verdiyi məlumata görə, “Ola bilər ki, nəsə Oman vasitəsilə ötürülsən, ancaq hələlik heç bir təklif almamışıq”, - deyə, Əraqçı bildirib.
Qeyd edək ki, daha öncə “Axios” nəşri Omanda keçirilən nüvə danışıqlarının dördüncü raundunda Uitkoffun İran XİN rəhbərinə nüvə sazişi təklifi təqdim etdiyini yazıb.
11:15 16.05.2025
Oxunuş sayı: 651