Tramp: “İranla nüvə sazişinə çox yaxınıq”

Dünən ABŞ prezidenti Donald Tramp Qətərə səfəri zamanı İranın nüvə danışıqlarında Vaşinqtonun şərtləri ilə “qismən” razılaşdığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Biz razılığa gəlməyə çox yaxınıq. Yəqin ki, İranın şərtlərlə qismən razılaşdığı xəbərini görmüsünüz. Biz İranda heç bir nüvə fəaliyyətinə icazə verməyəcəyik”, - deyə, Tramp vurğulayıb.
Tramp bir daha Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının onun administrasiyasının əsas məqsədi olduğunu bildirib.
11:07 16.05.2025
Oxunuş sayı: 707