Zelenski: ABŞ və Türkiyədən İstanbul danışıqlarının vaxtına aydın siqnallar gözləyirik

Ukrayna İstanbulda danışıqların vaxtı ilə bağlı ABŞ və Türkiyədən aydın siqnallar gözləyir.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.
"Biz danışıqların vaxtı və tarixi ilə bağlı ABŞ və Türkiyədən olan həmkarlarımızdan aydın siqnallar gözləyirik. Danışıqlar bu gün və ya sabah baş tuta bilər", - Zelenski qeyd edib.
18:35 15.05.2025
Oxunuş sayı: 697