Qərb Hindistanla Çin arasında qarşıdurma yaratmağa çalışır

Qərb ölkələri Hindistanla Çin arasında qarşıdurmanı qızışdırmaq niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
“Asiya-Sakit okean regionunda baş verənlərə diqqət yetirin. Qərb bu bölgəni artıq Hind-Sakit okean regionu adlandırmağa başlayıb ki, siyasətinə açıq anti-Çin yönümü versin. Bununla da, bizim böyük dostlarımız və qonşularımız – Hindistanla Çin arasında əlavə gərginlik yaratmaq niyyətindədirlər”, – Lavrov bildirib.
Qeyd edək ki, nazir əlavə edib ki, bu, Rusiya prezidenti Vladimir Putinin də bir neçə dəfə vurğuladığı “parçala və hökm sür” siyasətinin bariz nümunəsidir.
Xumar Emilqızı
17:45 15.05.2025
Oxunuş sayı: 479