Zaxarova: Rusiya Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır

Rusiya XİN-in mətbuat departamentinin direktoru Mariya Zaxarova bildirib ki, Moskva Bakı ilə münasibətləri 2022-ci ilin fevralında ali səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə əsasən qurur.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Biz bu sənədin ikitərəfli münasibətlər üçün əsas sayılan bütün potensialını ardıcıl şəkildə reallaşdırmaq, mövcud məsələləri qarşılıqlı fayda və hörmət əsasında həll etmək niyyətindəyik", – deyə diplomat vurğulayıb.
Zaxarova əlavə edib ki, Rusiya və Azərbaycan hökumətlərarası və xarici siyasət qurumları xətti ilə yüksək səviyyəli təmaslar seriyası həyata keçirir.
Fatimə Məmmədova
16:33 15.05.2025
Oxunuş sayı: 3322