Hakan Fidan: Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqlar aparacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, hazırda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların keçirilməsi üçün İstanbulda hazırlıqlar gedir. Onun sözlərinə görə, ABŞ nümayəndə heyətinin bir hissəsi də artıq İstanbulda yerləşir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Bildiyiniz kimi, hazırda prezidentimiz cənab [Vladimir] Zelenskini Ankarada qəbul edir. Rusiya nümayəndə heyəti İstanbuldadır. ABŞ nümayəndə heyətinin bir hissəsi də oradadır. ABŞ dövlət katibi Marko Rubio isə hazırda bizimlə birlikdə Antalyadadır. Bütün Avropa xarici işlər nazirləri də buradadır. Ukrayna məsələsi ətrafında çoxsaylı müzakirələr aparılır", – Fidan Antalyada keçirilən NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra bildirib.
Nazir əlavə edib ki, Türkiyə Rusiya və Ukrayna arasında danışıqlardan müsbət nəticə gözləyir. O, danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb və Ankaranın vasitəçilik səylərini davam etdirəcəyini qeyd edib.
Fatimə Məmmədova
16:15 15.05.2025
Oxunuş sayı: 528