Tramp: "Mən yoxamsa Putinin getməsinə ehtiyac yoxdur"

Qətərdə jurnalistlər ABŞ Prezidenti Donald Trampdan Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə keçiriləcək görüşdə iştirak etməməsi ilə bağlı münasibətini soruşublar.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tramp suala belə cavab verib: “Mən getmirəmsə, onun ora getməsinə nə ehtiyac var? Düşünməzdim ki, əgər mən yoxamsa, Putin ora gedər”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskini daşıyan təyyarə Polşadan Türkiyəyə yola düşüb.
Xumar Emilqızı
12:50 15.05.2025
Oxunuş sayı: 657