Britaniyalı müşavir İstanbul danışıqları ərəfəsində Türkiyəyə gedir

Böyük Britaniyanın baş naziri Kir Starmerin təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauell Rusiya-Ukrayna danışıqları ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenskiyə tövsiyələr vermək məqsədilə Türkiyəyə səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edək ki, Avropanın digər ölkələrinin xarici işlər nazirləri bu danışıqlarda iştirak edəcəklərinə hələlik ümid etmirlər.
Məlumata əsasən, Pauellin əsas məsləhəti Zelenskiyə ABŞ Prezidenti Donald Trampı uzaqlaşdıracaq addımlardan çəkinmək olub.
Xumar Emilqızı
12:25 15.05.2025
Oxunuş sayı: 675