Rusiya və Ukrayna arasında görüş üçün Türkiyə uyğun məkandır

NATO-nun baş katibi Mark Rutte bildirib ki, İstanbulda Rusiya və Ukrayna arasında keçirilə biləcək danışıqlar münaqişənin həlli istiqamətində uğurla nəticələnə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
"Bu həftə və qarşıdakı 10-14 gün ərzində Ukrayna ətrafındakı vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün real imkanlar var", – deyə o vurğulayıb.
Bildirək ki, Rutte həmçinin qeyd edib ki, Rusiya bu sahədə “böyük uğurlar” əldə etdiyi üçün NATO ölkələri öz müdafiə sənayesini inkişaf etdirməlidir.
Xumar Emilqızı
12:00 15.05.2025
Oxunuş sayı: 777