TB3 ilk dəfə gəmidən havalandı, tapşırığı uğurla tamamladı

Mam-L ilə silahlandırılmış iki Bayraktar TB3 pilotsuz uçuş aparatı (PUA) TCG ANADOLU pilotsuz gəmi daşıyıcısından uğurla havaya qalxıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, PUA-lar Türkiyə istehsalı olan ASELFLIR500 və CATS elektro-optik sistemləri ilə təchiz edilib. Hədəf yüksək dəqiqliklə müəyyən olunub, lazer işarələmə ilə nişan alınıb və MAM-L sursatı ilə dəqiq atəşlə məhv edilib.
Tapşırıq uğurla tamamlanıb və TB3-lər problemsiz şəkildə gəmiyə qayıdaraq eniş ediblər.
09:50 15.05.2025
Oxunuş sayı: 817