Ukrayna üzrə danışıqlar İstanbulda baş tutacaq

Ukrayna ilə Rusiya arasında danışıqlar bu gün İstanbulda, Türkiyə Prezidentinin Dolmabahçe sarayındakı iş ofisində keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Görüşün təxminən yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 11:00) başlaması planlaşdırılır. Danışıqlar mətbuat üçün qapalı rejimdə aparılacaq.
Ukrayna mediasının məlumatına görə, Kiyev tərəfdən danışıqlarda aşağıdakı şəxslər iştirak edəcək: Prezident Ofisinin rəhbəri Andrey Yermak, Müdafiə naziri Rustem Umerov, Xarici İşlər nazirinin müavini Andrey Sibiga, Prezidentin müşaviri İqor Jovkva.
Qeyd edək ki, Rusiyadan olan nümayəndə heyətinin tərkibi isə prezident Vladimir Putin tərəfindən imzalanmış sərəncamla müəyyən edilib. Rusiyanın danışıqlarda iştirak edəcək nümayəndələri bunlardır: Prezidentin köməkçisi Vladimir Medinski, Xarici İşlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, Müdafiə nazirinin müavini Aleksandr Fomin.
Xumar Emilqızı
09:42 15.05.2025
Oxunuş sayı: 638