ABŞ-dan Türkiyəyə yüz milyonlarla dollarlıq raket satışı

ABŞ hökuməti Türkiyəyə yeni xarici hərbi satış paketini təsdiqləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən satış çərçivəsində Türkiyə Silahlı Qüvvələri üçün ümumilikdə 304,1 milyon dollar dəyərində raket və idarəetmə sistemləri göndəriləcək.
Satışa aşağıdakılar daxildir:
— 79,1 milyon dollar dəyərində 60 ədəd AIM-9X Block II tipli hava-hava raketi və 11 idarəedici qurğu
— 225 milyon dollar dəyərində 53 ədəd AIM-120C-8 AMRAAM raketi və 6 idarəedici qurğu
09:35 15.05.2025
Oxunuş sayı: 613