Braziliya prezidenti Putini İstanbulda keçiriləcək görüşə razı salmağa çalışır

Braziliya prezidenti Luiz İnasio Lula da Silva 9 May Qələbə Paradından dörd gün sonra yenidən Rusiyanın paytaxtı Moskvaya səfər edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Lula da Silva paradın ardından Çinə səfər etsə də, Pekindən birbaşa Braziliyaya qayıtmayıb və yenidən Moskvaya yollanıb.
Analitiklərin qənaətinə görə, Braziliya lideri ABŞ prezidentinin xahişi ilə Rusiya prezidenti Vladimir Putini İstanbulda keçirilə biləcək mümkün görüşə razı salmağa çalışa bilər.
19:33 14.05.2025
Oxunuş sayı: 610