Türkiyə Ukrayna-Rusiya arasında sülh təşəbbüslərinə dəstək verməyə hazırdır

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan və Ukraynanın xarici işlər nazirinin müavini Andriy Sıbiga Antalyada keçirilən NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində Ukrayna ilə Rusiya arasında atəşkəsin əldə olunması və davamlı sülhün bərqərar edilməsi istiqamətində səyləri müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyindən əldə olunan məlumata görə, Hakan Fidan görüş zamanı bildirib ki, Türkiyə Ukraynada sülhün əldə olunması üçün hər cür dəstəyi göstərməyə, o cümlədən vasitəçilik təşəbbüslərinə və danışıqlar üçün meydan təqdim etməyə hazırdır.
Görüşdə, həmçinin, Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlıq məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Türkiyə əvvəllər də Rusiya-Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik təşəbbüsləri göstərib və tərəflər arasında danışıqlara ev sahibliyi etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Fatimə Məmmədova
18:57 14.05.2025
Oxunuş sayı: 449