İran uranın zənginləşdirilməsi üçün BƏƏ və Səudiyyə Ərəbistanına tərəfdaşlıq təklif edir

Tərəfdaşlıq Tehrana ABŞ-nin etirazlarını aradan qaldırmağa və Körfəz ölkələrini onun zənginləşdirmə proqramına qoşulmağa kömək edəcək.
Crossmedia.az bildirir ki, bu barədə "The Guardian" məlumat verib.
Tehran bu təklifi güzəşt kimi qiymətləndirir, çünki bu, qonşu dövlətlərə öz texnoloji biliklərinə çıxış imkanı verəcək və onları prosesdə maraqlı tərəflərə çevirəcək.
İranın xarici işlər naziri Abbas Əraqçının bu təklifi bazar günü Omanda ABŞ ilə nisbətən qısa keçən dördüncü raund - üç saatlıq danışıqlarda verib-vermədiyi bəlli deyil, ancaq təklifin Tehranda yayıldığı bildirilir.
Danışıqlardan sonra Əraqçı Dubaya uçub və orada BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyanla görüşüb. BƏƏ hazırda öz nüvə proqramı üçün uranı zənginləşdirmir.
17:53 14.05.2025
Oxunuş sayı: 429