Ermənistan Hindistandan raket sistemləri alacaq

Ermənistan bu il yayın ortalarında Hindistandan “Akash” hava hücumundan müdafiə raket sistemlərinin ikinci partiyasını alacaq.
Crossmedia.az bu barədə "Tasnim Xəbər Agentliyi"-nə istinadən məlumat verir.
Bu addım iki ölkə arasında ordunun döyüş təyyarələri və qanadlı raketlərə qarşı mübarizə aparmasına imkan verən 700 milyon dollarlıq müqavilənin bir hissəsidir.
“Akash” raketlərinin ilk partiyası ötən ilin noyabrında Hindistandan Ermənistana gətirilib. "Akash" sistemi döyüş təyyarələri, dronlar və qanadlı raketlər də daxil olmaqla hava hədəflərini tutmaq və məhv etmək üçün nəzərdə tutulmuş taktiki yer-hava tipli raket sistemidir.
Bu sistem Hindistanın "Bharat Electronics Limited" şirkəti tərəfindən istehsal olunub və hər bir dəstdə 3D skaner radar və hər biri üç raketlə təchiz edilmiş dörd buraxılış qurğusu var. Bu raket sisteminin əməliyyat məsafəsinin 25 kilometr olduğu bildirilir.
Nuray Mikayıllı
17:45 14.05.2025
Oxunuş sayı: 788